BMT-nin Baş katibi Türkiyəyə başsağlığı verdibackend

BMT-nin Baş katibi Türkiyəyə başsağlığı verdi

BMT-nin Baş katibi Antoniu Quterreş Türkiyəyə başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna açıqlamasında Təşkilatın sözçüsü Stefan Düjarrik deyib.

Sözçü bildirib ki, Baş katib Türkiyənin Bartın şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində insan ölümündən dərin kədər hissi keçirir:

“Antoniu Quterreş həlak olanların ailələrinə, eləcə də Türkiyə hökumətinə və xalqına başsağlığı verir. Baş katib xəsarət alanların ən qısa zamanda tam sağalmasını diləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*