BMT: “Türkiyə və Suriyadakı zəlzələlər son 100 ildə regionda baş verən ən pis hadisədir”backend

BMT: "Türkiyə və Suriyadakı zəlzələlər son 100 ildə regionda baş verən ən pis hadisədir"

BMT Türkiyə və Suriyada baş verən zəlzələni “son 100 ildə regionda baş verən ən pis hadisə” adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits şənbə günü Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində baş verən dağıdıcı zəlzələni “bölgədə son 100 ilin ən pis hadisəsi” adlandırıb.

Türkiyənin Kahramanmaraş vilayətində keçirdiyi brifinqdə çıxış edən Qriffits Türkiyənin təbii fəlakətə verdiyi cavabı da “fövqəladə” adlandırıb.

O, həmçinin yardımın Suriyada həm hökumətin, həm də müxalifətin nəzarətində olan bölgələrə çatacağına ümid etdiyini, lakin bununla bağlı vəziyyətin “hələ aydın olmadığını” deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*