ABŞ-də müstəqilliyin 250 illiyinə həsr olunmuş sikkələr dövriyyəyə buraxılır – FOTObackend

ABŞ-də müstəqilliyin 250 illiyinə həsr olunmuş sikkələr dövriyyəyə buraxılır - FOTO

ABŞ Zərbxanası ölkənin ən yeni tarixində “Azadlıq zəngi” adlanan ilk qeyri-dairəvi formalı sikkəni dövriyyəyə buraxacaq.

KONKRET.az xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zəng formalı bu xatirə sikkəsi Birləşmiş Ştatların yaranmasının 250 illiyinə həsr olunur. Sikkənin ön tərəfində çatlamış zəng təsviri, “Liberty” yazısı, “1776-2026” tarixləri və “Biz Allaha güvənirik” şüarı yer alacaq.

Arxa tərəfdə isə atəşfəşanlıq fonunda İstiqlaliyyət zalı (Independence Hall), “Amerika Birləşmiş Ştatları” yazısı və latın dilində “Çoxdan yaranan tək” şüarı əks olunacaq.

ABŞ-də xatirə sikkələrinin buraxılması qədim ənənəyə malikdir. Tarix boyu ən məşhur buraxılış 1986-cı ildə Azadlıq heykəlinə həsr olunmuş və təxminən 15.5 milyon nüsxə satılmış sikkə hesab edilir. Həmçinin Corc Vaşinqtonun 250 illik yubileyinə, 1984-cü ildə Los-Ancelesdə keçirilmiş Yay Olimpiya Oyunlarına və ABŞ Konstitusiyasının 200 illiyinə həsr edilmiş xatirə pulları da böyük uğur qazanıb.//Oxu.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*