Suqovuşanda hadisə: Yaralılar varbackend

Suqovuşanda hadisə: Yaralılar var

Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşıb, xeyli sayda yaralı var.

KONKRET.az xəbər verir ki, hadisə ötən gecə Suqovuşan ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dərəyə aşıb.

İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*