DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandıbackend

DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, sveçrə millisi Kolumbiya ilə üz-üzə gəlib. “BC Place” stadionunda keçirilən 1/8 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 0:0.

Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:3) İsveçrə 1/4 finala yüksəlib.

Komandanın bu raunddakı rəqibi Argentina seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya, Belçika və Argentina milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*