“İyunun 25-dən bütün həyat ritmimi dəyişən COVID-19-la nəhayət yollarımız ayrıldı”.
KONKRET.az xəbər ki, bunu ötən ay koronavirusa yoluxmuş Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev yazıb.
BNA sözçüsü bildirib ki, sonuncu koronavirus testinin nəticələri mənfi çıxıb:
“Xəstəlik müddətində narahatlıq keçirən, dəstək olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, M. Ağayev keçən ay yoldaşı və oğlunun da koronavirus testlərinin nəticəsinin pozitiv çıxdığını açıqlamışdı.
