Bu dəqiqələrdə böyüklər arasında boks üzrə Ermənistan çempionatının start götürüb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. İrəvandakı “Dinamo” idman kompleksində rinqdəcə etiraz aksiyası keçirilib.
Boks üzrə məşqçi, üçqat Avropa və dünya çempionu İsrael Akopkoxyan etiraz əlaməti olaraq rinqə çıxıb və onu tərk etməkdən imtina edib.
O, oğlunun milli idmanda qazandığı uğurlara baxmayaraq, Ermənistan çempionatında iştirakına icazə verilməməsindən narazıdır.
“Səbəb kiçik Akopkoxyanın hazırkı hakimiyyətə zidd olan siyasi baxışlarıdır”, – deyə o, jurnalistlərə bildirib.
Bir müddət sonra təşkilatçılar onu rinqi tərk etməyə razı sala biliblər.
Xuraman Etibarlı,
KONKRET.az
