Volodin Bolqarıstan və Polşaya qaz nəqlinin dayandırılmasını düzgün qərar adlandırıb
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Bolqarıstan və Polşaya qaz nəqlinin dayandırılmasını düzgün qərar adlandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə spiker, Telegram kanalında yazıb:
“Qazprom” Bolqarıstan və Polşaya qaz tədarükünü tamamilə dayandırıb. Düzgün qərardır, Dövlət Dumasının deputatları bunu dəstəkləyir. Bolqarıstan və Polşa prezidentimizin təbii qazın pulunu rublla ödəmək təklifindən yararlanmaq imkanı əldə etmişdilər. lakin bu ölkələrin rəhbərləri ondan istifadə etmək istəmədilər” – Volodin vurğulayıb.
“Öz vətəndaşlarına belə bir qərar verərkən vəziyyətdən necə çıxacaqlarını və kimin maraqlarına xidmət etdiklərini başa salsınlar. Bizə dost olmayan digər ölkələrə münasibətdə də eyni hərəkəti etmək lazımdır” – deyə Vyaçeslav Volodin fikirlərini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
