Bolton AÇIQLADI: “İran-İsrail müharibəsi ola bilər”backend

Bolton AÇIQLADI: "İran-İsrail müharibəsi ola bilər"

“Nüvə anlaşması yenidən canlansa, İran-İsrail müharibəsi ehtimalı artacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton mediaya açıqlamasında deyib. O bildirib ki, Bayden hökuməti İranla nüvə razılaşmasına qayıdarsa, İsrail özü üçün təhlükə hiss edəcək və İranla İsrail arasında müharibə ehtimalı artacaq.

Bolton habelə vurğulayıb: “Bölgədəki vəziyyət İran təhlükəsi ilə bağlı çox ciddi həddə çatıb, lakin mən qısa müddətdə Yaxın Şərqdə tammiqyaslı müharibənin olacağını düşünmürəm”.

Amerikanın sabiq rəsmisi sonda qeyd edib ki, ölkəsi ilə İran arasında ciddi müharibə ehtimalı yoxdur. Onun fikrincə, Amerika ilə müharibə etmək İran üçün intihara bərabər olar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*