Borrel və Mirzoyan arasında telefon danışığı oldubackend

Borrel və Mirzoyan arasında telefon danışığı oldu

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti Ofisi məlumat yayıb.

Bildirilib ki, bu gün baş tutan telefon danışığı zamanı Ali Nümayəndə Aİ-nin mülki missiyasının yerləşdirilməsi üçün davam edən texniki hazırlıqlar haqqında məlumat verib və bu missiyanın tez zamanda regiona gəlişini təmin etmək üçün Aİ-yə üzv dövlətlərlə əlaqə qurmaq əzmini vurğulayıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*