Karantin zamanı uşaqların valideynləri ilə görüşünə qoyulan qadağa ləğv olunub.
KONKRET.az xəbər verir ki,bunu Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.
O bildirib ki, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimi ilə əlaqədar bu ilin martın 31-dən etibarən boşanmış valideynlərin uşaqları ilə ünsiyyətinə qoyulan məhdudiyyətlər artıq götürülüb:
“Sərt karantin rejimi zamanı valideynlər övladları ilə virtual görüşürdülər. Müvafiq cihazı olmayanlar təmin olunurdu. Artıq karantin rejimi yumşaldığı üçün valideynlərin uşaqları ilə ünsiyyətdə olmasına şərait yaradırıq”.
