Britaniya Türkiyənin husilərin mövqelərinə zərbələr endirməsi ilə bağlı tənqidi fikirləri ilə razılaşmır.
KONKRET.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Britaniya-Amerika koalisiyasının Yəməndəki Ənsar-Allah hədəflərinə endirdiyi zərbələrlə bağlı tənqidinə cavab verib.
Kemeron Böyük Britaniyanın Ərdoğanın husi hədəflərinə qeyri-mütənasib zərbələr endirilməsi ilə bağlı tezisləri ilə razılaşmadığını bildirib və koalisiyanın hərəkətlərinin bir çox ölkə tərəfindən dəstəkləndiyini bildirib.
Nazir bildirib ki, Türkiyə Böyük Britaniyanın mühüm NATO müttəfiqidir, lakin bu məsələdə ölkələrin mövqeləri üst-üstə düşmür.
Nazir bildirir ki, zərbələr husilərin raketləri, PUA-ları və radar stansiyalarının yerləşdirildiyi yerlərə endirilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
