Böyük Britaniyada qan ehtiyatları görünməmiş dərəcədə azalıb.
KONKRET.az xəbər verir ki, Britaniya Milli Sağlamlıq Sistemi tərəfindən dərc edilən xəbərdarlıqda deyilir ki, paytaxt Londonda xidmətlərə təsir edən kiberhücumdan sonra donor mərkəzlərində qan tələbi əhəmiyyətli dərəcədə artıb.
Rəsmilər həmçinin xəstəxanalardan vacib hallarda “Rh 0” qanının istifadəsini məhdudlaşdırmağı xahiş edib. Xüsusilə “0 Rh-“ qana ehtiyac kritik olaraq qalır. Beləliklə, milli “0 Rh” ehtiyatları 6 günlük hədəfdən xeyli aşağıdır.
Səhiyyə orqanları təcili olaraq “0 Rh-“ və “0 Rh+” donorları qan verməyə çağırıblar.
Günel Mikayılova,
KONKRET.az
