
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Qazaxıstanın Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyası məşhur dövlət və ictimai xadim Mırzatay Joldasbekovun “Böyük Çöl ədəbiyyatı” və “Qorqud ata” kitablarının təqdimatını keçirib. ““Böyük Çöl ədəbiyyatı” kitabında müəllifin 50 illik elmi işinin nəticəsi olan əsərlər var. “Qorqud ata” kitabında isə geniş oxucu kütləsinə qazax dilindəki mətnlər, həmçinin “Dədə Qorqud”un Drezden əlyazması əsasında hazırlanmış lüğəti təqdim olunur.
Mərasimdə diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı tədqiqat institutları rəhbərləri, tanınmış hökumət və ictimai xadimlər və elm xadimləri iştirak ediblər.


