Braziliyanın şimal-şərqindəki Pernambuko əyalətində leysan yağışları nəticəsində 44 nəfər ölüb.
KONKRET.az-ın xəbərinə görə, bu barədə bazar günü yerli “Folha de Pernambuco” qəzeti regional inkişaf naziri Daniel Ferreyraya istinadən məlumat yayıb.
Həmçinin 56 nəfərin itkin düşdüyünü, 25 nəfərin yaralandığını və 4 mindən çox insanın evsiz qaldığı bildirib.
Prezident Jair Bolsonarunun bazar ertəsi bölgəyə səfəri gözlənilir.
Meteorologiya xidmətinin məlumatına görə, bu əraziyə yalnız şənbə günü səhər saatlarında 150 mm-ə qədər yağıntı düşüb ki, bu da daşqın və sürüşmələrə səbəb olub.
Şəhərdə fövqəladə vəziyyət elan edilib.
Fəlakətin nəticələrinin aradan qaldırılmasında 3 mindən çox insan iştirak edir.
