Braziliyada təbii fəlakət 30 nəfərin həyatına son qoydubackend

Braziliyada təbii fəlakət 30 nəfərin həyatına son qoydu

Son sutka ərzində leysan və torpaq sürüşməsi 30-dək insanın həyatına son qoyub.

KONKRET.az-ın xəbərinə görə, bunu Braziliyanın Pernambuk regionunun Mülki müdafiə xidməti açıqlayıb.

Səhər saatlarında torpaq sürüşməsi nəticəsində 10 nəfərin öldüyü təsbit edilib. Gün ərzində təbii fəlakət qurbanlarının sayı 30-a çatıb.

Yerli medianın xəbərinə görə, aramsız yağışlar minədək insanın təxliyə olunması ilə nəticələnib. Regiona sutka ərzində 246 mm yağıntı düşüb ki, bu da aylıq normanın 70%-nə bərabərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*