Britaniya kəşfiyyatı: Rusiya Ukraynaya gətirilən quru qoşunlarının üçdə birini itiribbackend

Britaniya kəşfiyyatı: Rusiya Ukraynaya gətirilən quru qoşunlarının üçdə birini itirib

Rusiya Donbasdakı hücum sürətini itirib və qrafikdən xeyli geri qalıb. Rəsmi Moskva son bir ayda əhəmiyyətli ərazi qazancı əldə edə bilməyib, eyni zamanda itki baxımından statistikanı qoruyub saxlayıb.

KONKRET.az xəbər verir ki, barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“İndi Rusiya fevral ayından bəri Ukraynada iştirak edən quru qoşunlarının üçdə birini itirib”, – bəyanatda deyilir.

Britaniya kəşfiyyatı itkilərin körpü avadanlığı,  kəşfiyyat, müşahidə və hücum pilotsuz uçan aparatları kimi kritik amillərin itirilməsi ilə daha da artacağını proqnozlaşdırır

Müharibə başlayandan bəri rus qoşunları üçün keçid avadanlıqları çatışmır. Bu isə hücum manevrini azaldır. Ruslar daha çox dronlara ehtiyac duyurlar.

“Mövcud şəraitdə Rusiyanın qarşıdakı 30 gün ərzində irəliləmə sürətini kəskin surətdə artırmaq mümkün deyil”, – Britaniya kəşfiyyatı proqnozlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*