Britaniyalılar Zelenskinin bu çağırışından HİDDƏTLƏNDİ: “Üçüncü dünya müharibəsi başlatmağa çalışır”backend

Britaniyalılar Zelenskinin bu çağırışından HİDDƏTLƏNDİ: "Üçüncü dünya müharibəsi başlatmağa çalışır"

Britaniyanın “The Sun” qəzetinin oxucuları Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbdən onun ofisinə təhlükə yaranarsa, Rusiya Federasiyasındakı “qərar qəbuletmə mərkəzlərinə” zərbə endirməyi tələb edən yeni bəyanatına aqressiv reaksiya veriblər.

Zelenski əmindir ki, NATO ölkələri Ukraynanın bu hərbi alyansın üzvü olub-olmamasından asılı olmayaraq, Moskvaya zərbə endirməyə borcludurlar.

KONKRET.az xəbər verir ki, lakin “The Sun”un britaniyalı oxucuları belə düşünmürlər.

“Bizi bundan kənarda saxlaya bilərikmi, dostum?” Belizemarc adlı oxucu bununla bağlı məqaləni şərh edib:

“Yaxşı, nüvə Holokostunu ortaya çıxarmağa çalışdığınız üçün təşəkkürlər!” – Larry qeyd edib.

Oxuculardan biri yazıb ki, “bu oğlan (Zelenski)… üçüncü dünya müharibəsi başlatmağa çalışır” və “həmişə deyir ki, Qərb bunu etməlidir, Qərb bunu etməlidir”.

Bundan əvvəl Avstraliyanın Lou İnstitutunda videobağlantı vasitəsilə çıxış edən Ukrayna lideri Qərbi Moskvanın nüvə silahından istifadə etmə ehtimalını aradan qaldırmağa çağırıb. Onun sözlərinə görə, bunun üçün NATO qabaqlayıcı zərbələr endirməlidir. Daha sonra Ukrayna prezidentinin ofisi bəyan edib ki, Zelenski önləyici zərbələr dedikdə sanksiyaları nəzərdə tutur.

Xatırladaq ki, Kreml Zelenskinin bəyanatını dünya müharibəsinin başlamasına çağırış adlandırıb və xatırladıb ki, nüvə münaqişəsi baş verərsə, bunun nəticələri dəhşətli və gözlənilməz olacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*