Britaniyanın Baş naziri postuna ilk NAMİZƏDbackend

Britaniyanın Baş naziri postuna ilk NAMİZƏD

Böyük Britaniya İcmalar Palatasının Rəhbəri Penni Mordaunt ölkənin baş naziri postuna namizədliyini irəli sürüb.

KONKRET.az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

O, ölkəni birləşdirmək, Mühafizəkarlar Partiyasının hədəflərini yerinə yetirmək və partiyanın növbəti seçkilərdə qələbəsini təmin etmək üçün namizəd olduğunu bildirib.

Mordaunt 2021-2022-ci illərdə Britaniya hökumətinin Beynəlxalq Ticarət Departamentində dövlət naziri olub.

Xatırladaq ki, Britaniyanın baş naziri Liz Trass təyin edildikdən 44 gün sonra istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*