Britaniyanın müdafiə naziri Makronu TƏNQİD ETDİbackend

Britaniyanın müdafiə naziri Makronu TƏNQİD ETDİ

Fransa Prezidenti Emmanuel Makron nüvə silahından istifadə ilə bağlı mövqeyini vaxtından əvvəl açıqlayıb.

KONKRET.az “The Telegraph” nəşrinə istindən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Onun sözlərinə görə, Fransa Prezidentinin bəyanatı çəkindirmə prinsiplərini təhdid edir.

Qeyd edək ki, oktyabrın 12-də “France 2” telekanalında Emmanuel Makron bildirib ki, Ukraynaya nüvə zərbəsi Fransanı birbaşa təhlükə altına salmayacaq. Ona görə də ölkənin hərbi doktrinası simmetrik cavabı nəzərdə tutmur. O, həmçinin nüvə təhlükəsi haqqında daha az danışmağa və sülh üçün daha çox səy göstərməyə çağırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*