Britaniyaya ağır zərbə vuruldu – Qırıcıları…backend

Britaniyaya ağır zərbə vuruldu - Qırıcıları...

Böyük Britaniyanın Yaponiya və İtaliya ilə birgə hazırladığı 6-cı nəsil “Tempest” qırıcı təyyarə layihəsi çoxillik gecikmələrlə üzləşib. “The Telegraph” qəzetinin yaydığı məlumata görə, yaranan ciddi problemlər səbəbindən Kraliyet Hərbi Hava Qüvvələrinin yeni nəsil döyüş təyyarələrini 2030-cu illərin sonuna, hətta 2040-cı illərə qədər qəbul edə bilməyəcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, layihənin maliyyələşdirilməsi ilə bağlı yaranan qeyri-müəyyənlik həm ölkə daxilində, həm də beynəlxalq tərəfdaşlar arasında ciddi narahatlıq doğurub. Müdafiə sahəsi üzrə ekspertlər və tənqidçilər Böyük Britaniyanın Leyboristlər hökumətini bu mühüm hərbi proqrama lazımi büdcə və vəsait ayırmamaqda, eləcə də strateji qərarların qəbulunu gecikdirməkdə ittiham edirlər. İlkin plana əsasən, 2035-ci ildə istismara verilməsi nəzərdə tutulan və milyardlarla funt-sterlinq dəyəri olan bu layihənin ləngiməsi Britaniyanın qlobal hava məkanındakı müdafiə qabiliyyətinə və hərbi-sənaye nüfuzuna ciddi zərbə kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*