“Bu addım dünyanın Rusiyaya olan nifrətini daha da gücləndirəcək” – ŞƏRHbackend

"Bu addım dünyanın Rusiyaya olan nifrətini daha da gücləndirəcək” - ŞƏRH

Üç aya yaxındır ki, Ukraynada işğalçı müharibə aparan Rusiya getdikcə daha da azğınlaşır. Məqsədinə nail ola bilməyən şimal qonşumuz artıq daha təhülkəli silahlardan istifadə etməyə qərar verib. Belə ki,  Prezident Vladimir Putin “Terminator” adlandırılan zirehli texnikaların Ukraynaya göndərilməsi barədə təlimat verib. Məlumata görə, bu zirehli texnikalar tank əleyhinə raketlər, top mərmiləri, bombalar və digər mərmilərlə təchiz oluna bilir.

Maraqlıdır, Kreml bu silahlardan istifadə edəcəkmi? Belə olan təqdirdə Rusiyanın özünü hansı təhlükələr gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Oqtay Qasımov cavablandırıb. O bildirib ki, Rusiya indi başqa varianta əl atmaq istəyir: “Ukraynadakı hərbi əməliyyatlar Rusiyanın istədiyi kimi olmadı. Kreml 72-96 saat ərzində bütün Ukraynanı nəzarətə götürəcəyini və Kiyevi işğal edərək siyasi hakimiyyəti dəyişəciyini düşünürdü. Putin həmçinin, Ukrayna ordusunun silahı yerə qoyacağını və ukraynalıların rus ordusunu gül-çiçəklə qarşılayacağını fikirləşirdi. Lakin bunların heç bir olmadı. Kiyevin ciddi müqaviməti onun bütün planlarını pozdu. Hazırda Ukrayna mindən çox yaşayış məntəqəsini işğaldan azad edə bilib və iri çaplı hərbi əməliyyatlar dayandırılıb. Rusiya əsas diqqətini Donetsk, Luqansk və həmçinin, Xersona yönəldib. Şimal qonşumuz bu ərazilərdə uğur qazanmaq istəyir. Ukraynanın müasir silahlarla təmin olunması Rusiyanın planlarını pozan əsas  faktorlardandır. Ona görə də Rusiya indi başqa varianta əl atmaq istəyir”.

Oqtay Qasımov: “Qarabağ problemi Rusiya və Türkiyəni üz-üzə gətirə bilər” »  Reyting.az

Politoloqun fikrincə, “Terminator”lardan istifadə edilərsə, Ukraynada dağıntılar və itkilər bir qədər artacaq: “Rus qoşunları ələ keçirə bilmədikləri yaşayış məntəqələrini dağıtmağa başlayıb. Bu o deməkdir ki, Kremlin əsas hədəfi dəyişib. Lakin nəzərə almaq lazımdır ki, Rusiyanın silah arsenalı məhduddur. İndi isə “Terminator”lardan istifadə məsələsi gündəmə gəlib. Putinin nəyi edib-etməyəcəyini əvvəlcədən proqnoz etmək qeyri-mümkündür. Kreml rəhbəri aqressivləşdikcə emosional qərarlar qəbul edir. Bu mənada “Terminator” kimi raketlərin istifadəsi də mümkün görünür. Lakin belə olan təqdirdə beynəlxalq təşkilatların Rusiyaya qarşı mənfi münasibəti biraz da sərtləşə bilər. Bu günə kimi Ukraynada çoxsaylı yaşayış məntəqəsi dağıdılıb və minlərlə insan öldürülüb. Əgər müharibədə “Terminator”lardan istifadə edilərsə, dağıntılar və itkilər bir qədər artacaq. Lakin bu, dünyanın Rusiyaya olan nifrətini daha da gücləndirəcək”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*