backend

"Bu, bölgədə böyük gərginliyə səbəb olacaq" - KTMT ilə müharibə ehtimalı haqda İLGİNC AÇIQLAMA

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyanın, “KTMT Azərbaycanla müharibəyə cəlb oluna bilər” açıqlaması birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb. Onun sözlərinə görə, Azərbaycanın KTMT-nin üzvü olan Ermənistana qarşı guya ərazi iddiaları var və bu, yeni müharibə ehtimalını artırır. Maraqlıdır, görəsən, erməni deputatın bu cür fikirlərinin hansısa məntiqi əsası varmı? Ümumiyyətlə, Azərbaycan öz ərazilərində antiterror əməliyyatları həyata kecirsə, bu zaman KTMT ilə toqquşma baş verə bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Azərbaycan və KTMT arasında müharibə baş verə bilməz: “Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınan sərhədlərini tələb edir və bunun müzakirəsini aparır. Digər tərəfdən KTMT daxilində (Qazaxıstan, Qırğızıstan və Belarus) Azərbaycanın öz müttəfiqləri var. Eyni zamanda KTMT-nin ən aparıcı ölkəsi olan Rusiya ilə rəsmi Bakı arasında 2022-ci ilin 22 fevral tarixində müttəfiqlik bəyannaməsi imzalanıb. Doğrudur, Ermənistan Azərbaycan və Rusiyanı qarşı-qarşıya gətirməyə çalışır. Amma nəzərə almaq lazımdır ki, Rusiya sözügedən məsələyə müdaxilə etmək istəsə, buna nə Qazaxıstan, nə Qırğızıstan, nə də Belarus imkan verməyəcək. Çünki mövcud situasiya bölgədə böyük gərginliklərə səbəb ola bilər”.

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir” | 1news.az | Xəbərlər

Politoloqun sözlərinə görə, Rusiya yalnız Ermənistan ərazisinə hücum olacağı təqdirdə müdaxilə edə bilər. Çünki hər iki dövlət müttəfiqdir: “Amma Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Ona görə də, Abramyanın bu cür absurd bəyanatları heç bir hüquqi və siyasi önəm daşımır. Hesab edirəm ki, Ermənistanın söylədiyi bu kimi fikirlər əsassızdır və KTMT-nin Azərbaycanın Qarabağ bölgəsinə heç bir aidiyyatı yoxdur. Bu, hətta İkinci Qarabağ Müharibəsində də özünü göstərib. Belə ki, Ermənistan müharibə vaxtı KTMT-yə müraciət etsə də, təşkilat bu ərazilərin Azərbaycana məxsusluğunu əsas gətirərək müdaxilədən çəkindi. Bütün bunları nəzərə alaraq Azərbaycan və KTMT arasında heç bir münaqişənin baş verməyəcəyini söyləmək mümkündür. Əgər Ermənistan üzərindən belə bir hal baş versə, burada təşkilatın digər üzvləri məsələyə qarışmayacaq. Rusiya isə Türkiyə faktorunu gözardı edə bilməz”.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*