“Bu cinayətlərə bütün təşkilatlar səssiz mövqe göstərir” – POLİTOLOQbackend

"Bu cinayətlərə bütün təşkilatlar səssiz mövqe göstərir" - POLİTOLOQ

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində dinc əhaliyə divan tutduğu dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Sirr deyil ki, ermənilər uzun illər ərzində xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Dinc sakinlər öz torpaqlarından, yaşayış evlərindən qovulub və zorakılıqlara məruz qalıb. Hələ ötən əsrin 90-cı illərində Bağanis Ayrım (24.03.1990), Kərkicahan (1991), Meşəli (22.12.1991), Qaradağlı (14-17.02.1992), Başgüneytəpə (06.1991-03.1992), Ağdaban (08.04.1992), Ballıqaya (28.08.1992), Başlıbeldə (18.04.1993) azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlara dünya ictimaiyyəti hələ də göz yumur, erməni vəhşiliyinə biganə yanaşır. Üstündən 31 il ötməsinə baxmayaraq, Xocalı soyqırımının günahkarları hələ də layiqli cəzasını almayıb.

Politoloq Tural İsmayılov bu barədə KONKRET.az-la fikirlərini bölüşərkən bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi qətliamlara layiqli hüquqi qiymət verilməyib:

“XX əsr boyu ermənilər Xocalı soyqırımına qədər azərbaycanlılara qarşı misilsiz cinayətlər törədiblər. Təəssüf ki, beynəlxalq hüquq sistemində ermənilərin nə XX əsr boyu, nə də ondan sonrakı dövrdə xalqımıza qarşı həyata keçirdiyietnik-mədəni soyqırımların heç biri layiqli hüquqi qiyməti almayıb. Bu gün Azərbaycan Ermənistanın mina terroru və digər məsələlərlə bağlı Haaqada və BMT-nin ədalət məhkəməsində bir neçə iddia qaldırıb və onlardan təzminat istəyir. Azərbaycanlıların 31 mart soyqırımı, Qərbi Azərbaycandan vəhşiliklə çıxarılması və təkcə etnik zəmində deyil, Qərbi Azərbaycandakı tarixi-mədəni abidələrinə və irsinə qarşı həyata keçirilmiş terror hücumlarına YUNESKO da daxil olmaqla, BMT və bütün təşkilatlar səssiz mövqe göstərir. Xocalı ilə yanaşı, Ağdaban, Kərkicahan, Meşəli, Qaradağlı, Ballıqaya soyqırımları da ermənilərin amansız cinayətlərinin nəticəsidir. Bu soyqırımlar faktlarla ifşa edilsə də, bu günə qədər layiqli qiymətini almayıb:

“Justice for Khojaly” kampaniyası çərçivəsində Xocalı soyqırımı dünyada geniş şəkildə tirajlanıb. Amma digər soyqırımların tanıdılması yönündə də vətəndaş, ictimaiyyət nümayəndələri, QHT-lərimiz fəal iştirak etməli və bu faciələrin tanınması məsələsində daha sıx əməkdaşlıq edilməlidir”.

Fidan Ali,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*