“Bu cür lokal atışmaların müharibəyə çevrilməsi təhlükəsi var” – Aladaşvili vəziyyətin gərginliyindən danışdıbackend

"Bu cür lokal atışmaların müharibəyə çevrilməsi təhlükəsi var" - Aladaşvili vəziyyətin gərginliyindən danışdı

“Azərbaycanla Ermənistan arasında proseslər mürəkkəb məcrada irəliləyir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Gürcüstan Ordusunun ehtiyatda olan zabiti İrakli Aladaşvili bildirib.

Onun sözlərinə görə, müharibədən sonra tərəflər istədiklərinə tam nail olmayıblarsa, bu, gələcəkdə müharibənin yenidən qızışması ehtimalını artırır.

“Əlbəttə ki, bu cür lokal atışmaların müharibəyə çevrilməsi təhlükəsi var. Amma nə oloacağını dəqiq heç kəs bilmir. İki məsələ var. Birincisi, Azərbaycan sovet xəritələri ilə öz sərhədlərini bərpa etmək istəyir. Ermənistan isə bunu istəmir. İkincisi, görünür, Qarabağ problemi hələ də həllini tapmayıb. Azərbaycanlıların Xankəndi, ermənilərin Stepanakert adlandırdıqları ərazidə ermənilər yaşayır. Orada Rusiya sülhməramlıları yerləşdirilib. İllərdir Gürcüstanın Abxaziya bölgəsi də rus sülhməramlılarının nəzarətindədir. Amma problem həll olunmayıb. Düşünürəm ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi Azərbaycan üçün ən yaxşı variant deyildi”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*