Bu dəfə karantini pozub domino oynadılar – FOTObackend

Bu dəfə karantini pozub domino oynadılar - FOTO

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin olunması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Separadi kəndində hazırda istifadə olunmayan yarımçıq tikilidə domino oyunu təşkil edən 5 nəfər kənd sakini aşkar olunub.

Karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*