Sabah Bakının bir hissəsində qaz olmayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, Suraxanı rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Qaraçuxur və Günəşli qəsəbələrində bəzi ərazilərin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
