Bu gün 30 dərəcə isti olacaq – PROQNOZbackend

Bu gün 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-27° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*