Brüsseldə Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın görüşü olub.
KONKRET.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tovio Klaar tviter hesabında paylaşım edib.
“Hikmət Hacıyev ve Armen Qriqoryanı bu formatda ikinci bir görüş üçün Brüsseldə qarşılamaqdan məmnunam”, – o bildirib.

09:48
Bu gün Brüsseldə Hikmət Hacıyev Armen Qriqoryanla görüşəcək.
KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bu gün Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü gözlənilir.
Bu, Hacıyevlə Qriqoryanın bu il Belçikada ikinci görüşüdür.
Xuraman Etibarlı,
KONKRET.az
