Bu gün bu şəxslər imtahan verirbackend

Bu gün bu şəxslər imtahan verir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, imtahanda iştirak etmək üçün 1 125 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana şəxsiyyətlərini təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər.

İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Saat 09:45-dən və 15:45-dən sonra imtahan binasına gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanın təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*