ABŞ Senatının üzvləri bu gün Trampın vəzifədən kənarlaşdırılması məsələsinə nöqtə qoymaq niyyətindədirlər.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İnterfaks-Ukrayna yayıb.
Məlumata görə, ABŞ Senatı fevralın 5-də ABŞ prezidenti Donald Trampın impiçment maddələri üzrə final səsverməsini keçirəcək.
Qeyd olunur ki, Prezidenti vəzifədən kənarlaşdırmaq üçün senatorların üçdə ikisinin səsi lazımdır. ABŞ Senatında əksəriyyət hazırda respublikaçılara məxsus olduğundan, bu mərhələdə impiçment prosedurunun bloklanması ehtimalı yüksəkdir.
Beləliklə, senatorlar bu işə nöqtə qoyacaqlar. Amerika KİV-in məlumatına görə, səsvermə yerli vaxtla saat 16:00-da keçiriləcək.
Xatırladaq ki, Trampın impiçment proseduru çərçivəsində ABŞ Konqresinin yuxarı palatasında məhkəmə araşdırması bu il yanvarın 21-də başlayıb.
O, əvvəllər Nümayəndələr Palatasında səsvermə yolu ilə təsdiq edilmiş ittihamın iki bəndinə – hakimiyyətdən sui-istifadə olunmasına və Konqresin apardığı araşdırmaya mane olmağa çalışıb.
Demokratlar 24 sentyabr 2019-cu il tarixində ABŞ-ın məlumatçısı Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı ilə əlaqədar narahatlığını bildirdikdən sonra prezidentə impiçment prosedurunu başladıblar. Söhbət zamanı Tramp Zelenskini ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden və onun oğlu Hunter ilə bağlı araşdırmaya başlamağa, həmçinin, 2016-cı ildə Ukrayna ərazisindən ABŞ seçkilərinə ehtimal olunan müdaxiləyə çağırıb.
Babək Göyüş
KONKRET.az
