Bu gün xüsusi qabiliyyət imtahanı keçirildibackend

Bu gün xüsusi qabiliyyət imtahanı keçirildi

DİM tərəfindən 28 iyul 2024-cü il tarixində Məşqçilik ixtisasının Şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanı keçirilib.

Mərkəzdən KONKRET.az-a verilən məlumata görə, imtahan saat 10:00-da başlanıb. Abituriyentlərə ilk 1 saatda şahmatın nəzəriyyəsi və tarixi ilə bağlı 10 sual təqdim olunub. İmtahanın növbəti 1 saatında abituriyentlər çətinlik şkalası 1700 xal olan kompüterlə 2 oyun oynayıblar.

Şahmat idman növü üzrə xüsusi qabiliyyət imtahanının I mərhələsində “məqbul” qiymət alan 48 nəfər imtahanda iştirak hüququ qazanıb. 48 nəfərdən 6 nəfər imtahana gəlməyib.

Abituriyentlər oyunu yekunlaşdırdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Qapalı tapşırıqların cavabları isə yaxın 2-3 gün ərzində elan olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*