backend

Bu gündən təbii qaz təchizatı dayandırılır - "Azəriqaz"dan AÇIQLAMA

“Azəriqaz” İstehsalat Birliyi aprelin 26-dan etibarən qazanxanaların təbii qaz təchizatını dayandırır.

KONKRET.az Birliyə istinadən xəbər verir ki, bu addım “Azəristiliktəchizat” ASC-dən daxil olan telefonoqram əsasında atılıb. Belə ki, bu gün səhər saatlarında adıçəkilən qurumdan daxil olan telefonoqramda payız-qış mövsümünün başa çatması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin balansında olan (isti suya işləyəcək qazanxanalardan başqa) bütün qazanxanaların qaz təchizatının dayandırılmasına göstəriş verilməsi xahiş olunub.

Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyə olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*