Almaniya kansleri Olaf Şoltsun səylərinə baxmayaraq, ABŞ Ukraynaya silah tədarükünü davam etdirir və bu, III Dünya müharibəsini yaxınlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın “Telepolis” nəşrinin yazarı Berndt Müller bildirib.
“İndi Almaniya hökuməti “Cheetah” tanklarının, eləcə də digər ağır silahların Ukraynaya təhvil verilməsinə icazə verdi: Alman mediasına görə, söhbət yüz “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusu, 88 işlənmiş “Leopard” tankı və yüz “Marder” piyadaların döyüş maşınından gedir”, Müller məqaləsində bildirib.
