“Bu iki tələb yerinə yetirilməsə, Azərbaycan güc tətbiq edəcək” – Abramyanbackend

"Bu iki tələb yerinə yetirilməsə, Azərbaycan güc tətbiq edəcək" - Abramyan

“Əgər iki tələb yerinə yetirilməsə, Azərbaycan güc tətbiq edəcək”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan özünün facebook səhifəsində yazıb. Onun sözlərinə görə, Azərbaycan Ermənistan hökumətinə iki tələb irəli sürüb. Əgər bu tələb yerinə yetirilməsə, Azərbaycan güc tətbiq edəcək.

“Birincisi, Ermənistan Təhlükəsizlik Xidmətinin rəisinin bir neçə gün əvvəl bəyanatında deyildiyi  kimi erməni silahlı qüvvələrinin Qarabağ ərazisində olması ilə bağlıdır.

44 günlük müharibədən sonra Ermənistandan Qarabağa əsgərlərin çağırışı dayandırıldı və nəticədə Qarabağda sonuncu çağırışçı avqustun sonuna kimi tərxis olunacaq. Sentyabr ayından etibarən Qarabağda Ermənistan qeydiyyatı olan hərbçi olmayacaq və faktiki olaraq Azərbaycanın tələbi öz aktuallığını itirəcək. Azərbaycanda prioritet hesab edilən ikinci problem Ermənistan ərazisindən Naxçıvana dəhlizin əldə edilməsidir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistan hökuməti bu tələbi yerinə yetirməsə, Ermənistanı Qarabağla birləşdirən dəhlizlə bağlı yanaşmasına yenidən baxacaq. Daha sonra Əliyev bildirir ki, Laçın dəhlizi Ermənistan Respublikasının planlaşdırdığı dəhlizlə eyni rejimdə olmalıdır.

Sadə dillə desək, Ermənistan dəhliz vermirsə, keçid məntəqəsindən birbaşa yol verirsə, o zaman Azərbaycan da Laçın dəhlizində keçid məntəqəsi yaradacaq.

Azərbaycanın bu tələbləri məntiqlə nəzərdən keçirilməlidir”,- deyə o yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*