Bu il neçə Azərbaycan vətəndaşı minaya düşüb? – HESABATbackend

Bu il neçə Azərbaycan vətəndaşı minaya düşüb? - HESABAT

2021-ci ilin ötən dövründə minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasından KONKRET.az-a bildirilib ki, ümumilikdə bu il ərzində Azərbaycanın 68 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bunlardan da 21 nəfəri həlak olub.

Bundan başqa, 5 nəfərlə bağlı daxil olan məlumat dəqiqləşdirilir.

Qeyd edək ki, 30 iyun 2021-ci il tarixdə Azərbaycanın Xocavənd rayonunda Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə Ermənistan ordusunun 3 hərbçisi özlərinin basdırdıqları minanın partlayışına məruz qalıb, nəticədə 1 nəfər ölüb və 2 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*