Bu ixtisasları seçsəniz, işsiz qalmayacaqsınız – Ekspertdən abituriyentlərə MƏSLƏHƏTbackend

Bu ixtisasları seçsəniz, işsiz qalmayacaqsınız – Ekspertdən abituriyentlərə MƏSLƏHƏT

Ali məktəblərə daxil olmaq istəyən abituriyentlərin əksəriyyəti müstəqil şəkildə ixtisas seçimi edə bilmirlər. Onlar ya valideynlərinin, ya da ətraflarının təsiri altında qərar qəbul edir ki, bu da öz ixtisasları üzrə iş tapmaqlarına mane olur.

İxtisas və peşə seçiminin əmək bazarının öyrənilmədən edilməsinin yaratdığı problemlərlə bağlı KONKRET.az-a açıqlama verən təhsil ekperti Kamran Əsədov durumu aşağıdakı kimi dəyərləndirib:

“Statistik göstəricilərə görə, ölkəmizdəki 4432 orta ümümtəhsil məktəblərində 1,6 milyon şagird təhsil alır. İl ərzində 85 min şagird orta təhsil müəssissələridən məzun olur. Onların təxminən 60 mini ali təhsil müəssisələrinə qəbul olunmaq üçün sənəd verir. Eyni zamanda, 51 universitetdə 187 min tələbə təhsil alır və 55 minə yaxını təhsilini bakalavr pilləsində davam etdirir. Cox təəssüf ki, dörd illik təhsildən sonra  yalnız gənclərdən 42 faizi ixtisasa uygun işlə təmin olunur”.

Ekspert hazırda tələbatın yüksək olduğu ixtisaslardan da danışıb:

“Fövqalədə Hallar Nazirliyi, Polis Akademiyası və digər hərbi təhsil müəssisələrinin məzunları birmənalı olaraq işlə təmin olunurlar. Bundan əlavə, əmək bazarında tibb işçilərinə də  ehtyac böyükdür. Mühasib və müəllim peşələrinə gəldikdə isə, düzdür, onlara da ehtiyac var, amma onlar işə müasibiqələr yolu ilə qəbul olunurlar”.

Vaqif Nəcəfov

 KONKRET.az

  • Garachanta
    Yanvar 20, 2024 - 23:41

    aviasiya? raket-kosmik texnikası mühəndisliyi nə millətimizi nə də digər qurumları maraqlandırmır…çünki nə sənayemiz nə də bunu edəcək milli istək var…hal bu ki, aerokosmik sənaye 2025-2050-ci illərdə 3 trilyon ABŞ dolları bazara sahib olacaq…məsul şəxslər və qurumlar hara baxır…? dünyanın ən varlı adamları artıq 2 istiqamətə pul qoymağa başlayıblar: aerokosmik sənaye və sünii intellekt..Xəbər saytları niyə bunu demirlər? Yazıq Millətimin gəncləri!!!

  • Sona
    Yanvar 25, 2024 - 00:34

    Tibb işcilərinə ehtiyac var deyirsiz,bəs Russiyadan gələn savadlı kadrların niyə ordinatura diplomunun təsdiq edilmir?Niyə sertifikat almaq bu qədər böyük problemdi?Yetimlər,hec kimsəsizdər var ki acınnan ölürlər öz ölkəsində,diplomu ola ola.Ordinatura diplomunu təsdiqləyin,işi özdəri tapar.Bu qədər ədalətsizlik olmamalıdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*