Gürcüstanın Qardabani rayonunda koronavirusa yoluxanların ümumi sayı 46 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, yoluxma hallarının 28-i Qaracalar kəndində qeydə alınıb.
Hazırda Qaracalar kəndindən alınan 388 testin cavabı gözlənilir.
Bu gün rayonun 2 yoluxma faktı isə Birlik kəndində qeydə alınıb.
Qeyd edək ki, Qaracalar kəndinə giriş-çıxış iyulun 24-dən bağlanıb.
Yenisabah.az
