“Bu məsələ məhkəmələrə ehtiyac qalmadan öz həllini tapacaq” – Ekspertlər həyat sığortasından DANIŞDIbackend

"Bu məsələ məhkəmələrə ehtiyac qalmadan öz həllini tapacaq" - Ekspertlər həyat sığortasından DANIŞDI

İpoteka ödənişini həyata keçirərkən elektron ödəmə sistemi əvvəlcə əmlak və həyat sığortasının ödənməsini tələb edir. Belə ki, əgər həyat sığortası yoxdursa, o zaman ipoteka kreditinin aylıq borcunu ödəmək mümkün olmur. Bəs əgər mülk sahibinin həyat sığortası varsa, niyə həmin şəxs dünyasını dəyişdikdən sonra onun varisləri ipoteka kreditini ödəməlidir? Belə olan halda həyat sığortası nə işə yarayır? 

Mövzunu KONKRET.az-a şərh edən tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib ki, sözügedən sual Konstitusiya Məhkəməsinin qərarından irəli gəlir. Amma məhkəmənin qərarı ictimaiyyətə düzgün çatdırılmadığı üçün belə anlaşılmazlıq yaranıb: “Həmin qərar yalnız ipoteka kreditlərinə aid deyil. İstənilən bir şəxs ev almaq üçün kredit götürür. Həmin evi isə banka girov qoyur. Bu, ipoteka kreditidir. Əgər sözügedən proses İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə həyata keçirilirsə, o zaman mütləq həyat sığortası tələb olunur. Əgər həyat sığortası varsa, deməli heç bir problem yaranmayacaq. Çünki adına kredit olan şəxs vəfat edərsə, bu halda onun borcunu sığortaçı şirkət ödəyəcək. Yəni məsələnin vərəsələrə heç bir aidiyyatı yoxdur”.

Əkrəm Həsənov: “Azərbaycan xalqı, milləti nə dərəcədə türkdür, türk etnosuna mənsubdur? Bunun özü hələ sualdır...” Pravda.az

Ekspertin sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarı daha genişdir: “Bu qərarda ümumiyyətlə ipoteka krediti sözü yoxdur. Burada sadəcə ipotekadan söhbət gedir. İpoteka isə daşınmaz əmlakın (ev, torpaq, mənzil və sairə) girovudur. Bu halda bir qayda olaraq həyat sığortası tələb edilmir. Əgər həyat sığortası yoxdursa, o zaman əmlak vərəsələrə keçir. Belə olan halda isə həmin əmlakdan istifadə edərək borcu bağlamalıdırlar. Əgər əmlak mövcud deyilsə, o zaman borc bağlanmır. Əmlakın dəyəri borcdan azdırsa, o zaman vərəsələr özlərinə keçən əmlak həddində borcu bağlayırlar, onlardan artıq heç nə tələb edilmir”.

Mövzu ilə bağlı saytımıza danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əvvəllər də kreditlər eyni qayda ilə ödənilib: “Sadəcə olaraq Apellyasiya Məhkəməsi şərh üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Çünki bəzi hallarda vərəsələr mənzili alsalar də kredit öhdəliklərini qəbul etmək istəmirdilər. Kredit öhdəliklərini qəbul etmək o deməkdir ki, insan hətta həyatdan köçsə belə, onun həyat sığortası pulunu alan şəxs  borcu ödəməlidir. Amma həyat sığortası pulunu alan şəxs əksər hallarda kredit borcunu ödəməkdən imtina edirdi. Buna rəğmən vərəsəliyi qəbul etdikdə paralel olaraq sığorta pulunu da almağa çalışırdı. Yəni bu cür presedentlər yaranırdı, bununla bağlı məhkəmələrdə iş çox idi. Ona görə də, Konstitusiya Məhkəməsi birdəfəlik şərh yazdı. Artıq məhkəmələrə ehtiyac qalmadan sözügedən məsələ öz həllini tapacaq”.

Natiq Cəfərli: "Qiymət artımına ehtiyac yox idi,

Natiq Cəfərlinin sözlərinə görə, şəxs vərəsəliyi qəbul edirsə və sığorta pulunu alırsa, o zaman krediti ödəməlidir: “Yaxud kredilər həyat sığortasına aid olmayan banklar tərəfindən verilibsə, bu zaman vərəsəliyi alan şəxs öhdəliyi də qəbul etməlidir. Burada heç bir yenilik baş verməyib. Sadəcə əvvəllər mübahisə yarananda bunu məhkəmələr həll edirdi. İndi isə Konstitusiya Məhkəməsi bununla bağlı şərh verib və artıq məhkəmə qərarlarına ehtiyac qalmayıb”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*