Bu nazirliyə yeni aparat rəhbəri təyin olundubackend

Nazirliyə yeni aparat rəhbəri TƏYİN OLUNDU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib.

KONKRET.az Report-a istinadla xəbər verir ki, bu vəzifəyə Rəşad Allahverdiyev təyin olunub.

R.Allahverdiyev 2005-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq əməkdaşlıq şöbəsində, katiblikdə və kollegiya katibi kimi müxtəlif vəzifələrdə çalışıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*