“Bu, o deməkdir ki, KTMT Azərbaycanla müharibəyə cəlb oluna bilər”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan müzakirələr zamanı çıxışında deyib.
“Mən diqqəti KTMT-nin həyati maraqları zonasında – Cənubi Qafqazda baş verən proseslərə cəlb etmək istəyirəm.
Bildiyiniz kimi, Azərbaycanın KTMT-nin üzvü olan Ermənistana qarşı “ərazi iddiaları” var ki, bu iddialar yerinə yetirilməsə, Azərbaycan faktiki olaraq yeni müharibəyə başlayacaq.
Onlar deyir ki, Ermənistan dinc yaşamaq istəyirsə, Azərbaycanın şərtləri ilə sərhədləri delimitasiya etməlidir.
Bu isə Azərbaycanın KTMT üzvü olan Ermənistanın böyük ərazilərinə və bir çox yaşayış məntəqələrinə birbaşa nəzarəti deməkdir.
Qarabağda vəziyyət daha ağırdır.
Ötən dövrün inkişaf dinamikası göstərdi ki, Azərbaycan regionda yeni “təcavüzə” hazırlaşır və bu, o deməkdir ki, KTMT də müharibəyə cəlb oluna bilər.
Biz hadisələrin belə inkişafının qarşısını almaq və Azərbaycanı bu cür niyyətlərdən əl çəkməyə məcbur etmək üçün konkret addımlar atmalıyıq”, – deyə Abramyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
