Bu ölkə Azərbaycanla böyük sazişə hazırlaşırbackend

Bu ölkə Azərbaycanla böyük sazişə hazırlaşır

Slovakiya Azərbaycanla təbii qazın alınması üçün uzunmüddətli müqavilə imzalamağa hazırdır.

KONKRET.az xəbər verir ki, bunu Slovakiya Baş nazirinin müavini, ətraf müfit naziri Tomaş Taraba deyib.

“Biz Azərbaycanla ən azı 10 il müddətinə uzunmüddətli müqaviləni müzakirə edirik. Slovakiya enerji təchizatını şaxələndirmək istəyir və Azərbaycan bizim üçün çox etibarlı tərəfdaşdır”, – Taraba bildirib.

Onun sözlərinə görə, hazırda əsas məsələ Slovakiyanın Azərbaycan enerji resurslarını almaq istəyi deyil, Mərkəzi Avropaya çatdırılma marşrutlarının seçimidir. Nazir əlavə edib ki, tərəflər hansı boru kəmərlərindən və hansı miqdarda istifadə oluna biləcəyini müzakirə edirlər.

Taraba həmçinin Rusiya qazının idxalında fasilələr dövründə göstərdiyi dəstəyə görə Bakıya təşəkkür edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*