Fransada koronavirusla bağlı bütün testlər bundan sonra pulsuz olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə naziri Olivye Veran deyib.
“Mən bu şənbə əmr imzaladım. Bundan sonra hər bir insan həkimin göstərişi olmadan və yaxud da koronavirus simptomları aşkar edilməsə belə gedib pulsuz test verə bilər”, – nazir bildirib.
axar.az