KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Çin Qırğızıstanla sərhədi müvəqqəti bağlamaq qərarına gəlib.
Qırğızıstanın Narın bölgəsindəki “Toruqart ” keçid məntəqəsi oktyabrın 1-dən 6-dək avtomobillər və vətəndaşlar üçün bağlanacaq. Sərhəd məntəqəsinin oktyabrın 7-də açılacağı bildirilib.
Digər sərhəd məntəqəsi olan “İrkeştam” nəzarət-buraxılış məntəqəsi oktyabrın 1-dən 3-dək bağlanacaq. Məntəqə normal işini oktyabrın 4-də davam edəcək.
Qeyd edək ki, bu günlərdə Çində Təhsil Günü qeyd olunacaq.
İ.MUSAYEV
