Moldova Respublikasının Rusiya Federasiyasındakı səlahiyyətli səfiri Lilian Darii Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, səfirə Moldova hakimiyyəti Rusiyanın Moldova ərazisindəki diplomatik qurumlarının işçilərinin sayını azaltmaq qərarına etiraz edib.
Rusiya Xarici İşlər Nazirliyi bu hərəkəti iki ölkə arasında münasibətlərdə onsuz da mövcud olan böhranı dərinləşdirən qeyri-dost addım kimi qiymətləndirib. Rusiya tərəfinin fikrincə, qərarın heç bir əsası yoxdur və qurulmuş diplomatik əlaqələrə xələl gətirir.
Öz növbəsində, cavab olaraq Rusiya Moldovadan bəzi məmurların öz ərazisinə girişini bağladığını elan edib.
Rusiya Xarici İşlər Nazirliyi bu siyahının tam təfərrüatlarını açıqlamayıb.
Burhan,
KONKRET.az
