“Argentina Ukrayna ilə birgə silah istehsalı imkanını nəzərdən keçirmir”.
KONKRET.az xəbər verir ki, bunu Argentina prezident administrasiyasının rəsmi nümayəndəsi Manuel Adorni deyib.
“Bu baş verməyəcək. Birgə işlərlə bağlı belə bir plan yoxdur”, – o, mətbuat konfransında deyib.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Latın Amerikası ölkələrindən olan jurnalistlərə demişdi ki, Kiyev Argentina ilə dronların və anti-dron sistemlərinin birgə istehsalını təşkil etmək istəyir.
Burhan,
KONKRET.az
