Bu ölkədə 100-ə yaxın təhqiqat aparıldı – Koronavirus yoxdurbackend

Bu ölkədə 100-ə yaxın təhqiqat aparıldı - Koronavirus yoxdur

Tacikistanda koronavirusa yoluxma qeydə alınmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyeva bildirib.

Ölkədə koronavirusun olmadığını rəsmən elan edən ÜST nümayəndəsi əhalini gigiyena qaydalarına riayət etməyə və izdihamlı yerlərdən çəkinməyə çağırıb.

“Bu günə qədər respublikada koronavirusla bağlı 700-dən çox tədqiqat aparılıb və bütün nəticələr mənfi olub. Səhiyyə Nazirliyi virusun Tacikistana girməsinin qarşısını almaq üçün hər vasitə ilə çalışır. Hər kəs bunun üçün səy göstərsə, bəlkə digər ölkələrə nisbətən daha şanslı olarıq”, – deyə Perfilyeva əlavə edib.

İnterAz

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*