Bu ölkədə Covid-19-a görə yenidən komendant saatı elan olundubackend

Bu ölkədə Covid-19-a görə yenidən komendant saatı elan olundu

Çinin Çenqdu şəhərində Covid-19 hadisələrinin artması ilə əlaqədar 4 günlük komendant saatı elan edildiyi açıqlanıb.

KONKRET.az xəbər verir ki, ölkədə artan Covid-19 hadisələrinin ardından “sıfır hal” siyasəti çərçivəsində yeni tədbirlər görülməkdə davam edir.

21,2 milyon əhalisi olan Sıçuan əyalətinin paytaxtı Çenqduda yerli vaxtla saat 18:00-da başlayan və 4 gün davam edəcək komendant saatı elan edilib. Səlahiyyətlilər tərəfindən edilən açıqlamada bir insanın məişət ehtiyaclarını ödəmək üçün alış-verişə getməsinə icazə veriləcəyi və bu prosesdə peyvənd işlərinin sürətləndiriləcəyi bildirilib. Çenqduda dünən 157 Covid-19 hadisəsi aşkar edilib.

Qabaqlayıcı tədbirlər çərçivəsində əyləncə məkanları bağlanıb və bir çox bölgədə, xüsusən də Çinin cənubundakı Şenzhen və şimal-şərqdəki Dalyanda evdən iş rejiminə keçib. Digər tərəfdən, dünyanın ən böyük elektronika bazarı olan Huaqiangbei, Şenzhen şəhərində Covid-19 epidemiyası ilə mübarizə çərçivəsində müvəqqəti olaraq bağlanıb və səlahiyyətlilər bazarın 3 əsas binasının 2 sentyabra qədər bağlı qalacağını bildirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*