Bu ölkədə dünyanın ilk 3D körpüsü istifadəyə veriləcək – FOTObackend

Bu ölkədə dünyanın ilk 3D körpüsü istifadəyə veriləcək - FOTO

Müasir dövrdə hətta evlər 3D printerlərdən istifadə etməklə yaradılır, lakin “BAM İnfra” şirkəti daha da irəli gedərək körpü çap edib.

KONKRET.az “Lenta.ru”-ya istinadən xəbər verir ki, Niderlandın cənubundakı Gemert şəhərində 3D printerlərdən yararlanmaqla inşa edilən körpü 8 metr uzunluğunda olmaqla 800 qat dəmir-betondan ibarətdir və 40 yük maşını ağırlığına tab gətirə bilir.

Lakin körpü yalnız piyadalar və velosipedçilər üçün nəzərdə tutulub.

Körpü Eyndhoven Texnologiya Universitetinin laboratoriyasında 3 ay ərzində çap edilib və dünyanın ilk 3D körpüsü hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*