Bu ölkədə maşınlara da “qara qutu” qoyulacaqbackend

Bu ölkədə maşınlara da “qara qutu” qoyulacaq

Təyyarələrə yerləşdirilən “qara qutu” artıq fərdi avtomobillərə də yerləşdiriləcək.

KONKRET.az xəbər verir ki, Fransada təyyarələrdə, yük maşınlarında və avtobuslarda olduğu kimi mayın 1-dən yeni istehsal olunan şəxsi avtomobillər də “qara qutu” ilə təchiz olunacaq.

Belə ki, qəzadan sonra mövcud olmuş vəziyyəti analiz edə bilmək üçün avtomobilin sürücülük, təhlükəsizlik kəmərindən istifadə, GPS, yeri, mühərrikin vəziyyəti kimi parametrlərini bir neçə dəqiqə əvvəl qeyd edə bilən ölçmə sistemi yeni avtomobillərə yerləşdiriləcək. Şəxsi avtomobillərdə yeni sistemin yerləşdirilməsi yol qəzalarının nəticələrini analiz etmək və onların sayının azaltmaq məqsədi daşıyır.

Bildirilir ki, bu ölçmə sistemi 2024-cü ildən köhnə avtomobillər də daxil olmaqla bütün avtomobillərə şamil ediləcək.

Xatırladaq ki, bu qayda 2019-cu ildə Avropa Parlamentində səsə qoyulub.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*